Главная > Problem > Günel Mövludun həbsdəki qardaşına görüş verilmir

Günel Mövludun həbsdəki qardaşına görüş verilmir


23-11-2015, 18:51.

nemat kerimli

 

Meydan TV-nin redaktoru Günel Mövludun qardaşı Vəkil İmanovun öz ailə üzvləri ilə görüşməsinə imkan verilmir. Bu haqda "Basta"ya onun vəkili Nemət Kərimli məlumat verib. Nemət Kərimli bildirir ki, İmanov hal hazırda Kürdəxanıdakı Bakı İstintaq təcridxanasında saxlanılır.

"Təqsirləndirilən şəxslərin hər həftə öz ailə üzvləri ilə və yaxınları ilə görüşmək hüququ var. Amma Vəkil İmanovun bu hüququ qanunsuz olaraq pozulur. İmanov bununla əlaqədar Bakı İstintaq Təcridxanasının rəisinə də rəsmi ərizə ilə müraciət edib. Buna baxmayaraq, görüş verilmir", - Nemət Kərimli bildirib. 

Xatırladaq ki, oktyabrın 13-də Günel Mövludun qardaşları - Raci və Vəkil İmanovları polis saxlayıb. Günel Mövlud öz həyat yoldaşı ilə birlikdə xaricdə yaşayır. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı. Yazar qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir: «Onlar siyasətdən uzaq, sadə insanlardır. Elə bir həyat tərzləri yoxdur ki, həbsə səbəb olsun».(bastainfo.com)

 

 

ULUYOL.INFO


Вернуться назад