Главная > İdman > Argentina prezidenti Messidən qalmağı xahiş etdi

Argentina prezidenti Messidən qalmağı xahiş etdi


28-06-2016, 12:36.

messi qizil top 2015

Argentina prezidenti Maurisio Makri ölkə yığmasının hücumçusu Lionel Messiyə şəxsən zəng edərək ondan yığmada qalmağı xahiş edib. Bu barədə "France Presse” agentliyi məlumat yayıb.

"Prezident Messiyə zəng edib, yığmasının oyunu zamanı duyduğu qürur hissindən danışıb və ondan tənqidlərə məhəl qoymamağı xahiş edib”, – dövlət başçısının nümayəndəsi agentliyə bildirib.

Ötən bazar günü ABŞ-da keçirilən Amerika kubokunun finalında argentinalılar penalti seriyasında Çili yığmasına 2:4 hesabı ilə məğlub olublar. Messi 11 metrədən zərbəsini yerinə yetirə bilməyib. Oyundan dərhal sonra beşqat "Qızıl top” sahibi öz karyerasının sona çatdığını bildirib.


Вернуться назад