Главная > Ölkə / GÜNDƏM > Müsavat məhkəməyə verildi

Müsavat məhkəməyə verildi


23-11-2015, 18:45.

Kazimov small 1

 Osman Kazımov: "Razi Nurullayevin təşkilatı ilə bağlı məlum qərarın verildiyi bir məqamda Qubad İbadoğlunun təşkilatından da analoji iddianın irəli sürülməsi bu prosesin bir mərkəzdən idarə olunduğunu ehtimal etmək üçün əsas yaradır"

Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR təşkilatının təmsilşiləri olan Əlövsət Sadıqlı, Rövşən Dəmirli, Zakir Hüseynov, Rahib Mirələmov və digərləri  Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğv olunması xahişi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər. Bu haqda "Basta”ya Müsavat başqanının müavini, vəkil Osman Kazımov məlumat verib. Osman Kazımov bildirib ki, Binəqədi Rayon Məhkəməsi iddia üzrə bu gün hazırlıq iclası keçirib, baxış iclası isə dekabrın 9-na təyin olunub.

Osman Kazımov bu iddianın hüquqi əsası olmadığını, sadəcə Müsavat Partiyasına qarşı təzyiq məqsədilə ortaya atıldığını bildirib: "Bu, əsassız bir iddiadır. Qurultaydan bir il iki ay vaxt keçib. Ədliyyə Nazirliyi qurultayın sənədlərini təsdiqləyib. Nəticələrdən narazı olanlara da Ədliyyə Nazirliyindən bu haqda cavab verilib. Bu iddianın irəli sürülməsi, sadəcə, Müsavata təzyiq formalarından biri kimi nəzərdə tutulub. Razi Nurullayevin təşkilatı ilə bağlı məlum qərarın verildiyi bir məqamda Qubad İbadoğlunun təşkilatından da analoji iddianın irəli sürülməsi bu prosesin bir mərkəzdən idarə olunduğunu ehtimal etmək üçün əsas yaradır. Amma işin heç bir hüquqi perspektivi yoxdur”.

Xatırladaq ki, Qubad İbadoğlu yeni təşkilat təsis edərkən, bu təşkilatın məramında Müsavatla mübarizə aparmaq niyyətinin olmadığını bəyan etmişdi.(bastainfo.com)

ULUYOL.İNFO
Вернуться назад