Главная > Mövqe > Donald Tramp: "Müsəlmanları ABŞ-dan çıxarıb, məscidlərini bağlamalıyıq"

Donald Tramp: "Müsəlmanları ABŞ-dan çıxarıb, məscidlərini bağlamalıyıq"


20-06-2016, 08:17.
ABŞ-da Respublikaçıların  prezidentliyə ehtimal olunan  namizədi Donald Tramp  növbəti dəfə Birləşmiş Ştatlarda yaşayan  müsəlmanların ölkədən  çıxarılmasını  təklif edib.

Avropa.info xəbər verir ki,  Tramp bu haqda  CBS  telekanalına müsahibəsi zamanı deyib.
 
"Biz bunu etməliyik. Digər ölkələr bunu edir. İsrailə baxın, digərlərinə baxın, bunu edirlər. Biz ABŞ-dakı məscidləri nəzarət altında saxlamalıyıq. Avropaya baxın, Fransaya baxın məscidləri bağlayırlar."
 
Qeyd edək ki, Tramp bundan öncəki çıxışlarında müsəlmanların ABŞ-a girişinin qadağan edilməsini, ABŞ-dakı müsəlmanların təqib edilməsini təklif etmişdi.
 

Вернуться назад