Главная > Mövqe > Ərdoğandan Fateh Terim və Arda Turana dəstək

Ərdoğandan Fateh Terim və Arda Turana dəstək


20-06-2016, 00:27.
Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan  futbol millisinin baş məşqçisi Fateh Terim və millinin futbolçusu Arda Turana dəstək verib.

Avropa.info xəbər verir ki, Ərdoğan onların təhqir edilməsinə qarşı olduğunu söyləyib.
 
"Doğrusu, mən bu ölkənin bir prezident kimi buna çox üzüldüm. Milli komandamız Avropa çempionatındadır .Fərqli yanaşmalar ola bilər , hər kəsin fikir azadlığı var. İlk iki oyunda komandamız təəssüf ki üst-üstə iki məğlubiyyət aldı. İkinci matçda tribunalardan bu günə qədər çox sevdiyimiz  komanda kapitanımız qarşı edilənləri heç nəylə izah edə bilmirəm. Bu günə qədər bu övladımız, bu qardaşımız bu milli komandada oynamış, həmişə təqdir etmişik, həmişə alqışlamışıq. İndi nə olur ki, məğlubiyyətə görə, onu tribunlardan təhqir edirlər. "Barselona"dakı klub yoldaşları gəlib onu  qucaqlayaraq öpür, ona təskinlik verməyə çalışırlar. Bundan heç utanmadıqmı? Bunlar belə edir, siz isə orada nərə çəkirsiniz.

Digər tərəfdən  Türkiyəyə qalibiyyətlər qazandırmış baş məşqçiyə qarşı sosial mediada edilən təhqirləri qəbul etmək olmaz. İdmanda qələbələr də, məğlubiyyətlər də ard-arda gələr" deyə Ərdoğan qeyd edib.

Вернуться назад