Главная > Siyasət > Ukrayna qəhrəmanı Starsburqa yollandı

Ukrayna qəhrəmanı Starsburqa yollandı


19-06-2016, 22:25.
Ukrayna qəhrəmanı Starsburqa yollandı
 
Ukraynalı deputat Nadejda Savçenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında iştirak etmək üçün Strasburqa yollanıb.
 
Bu barədə onun bacısı Vera Savçenko özünün internet səhifəsində yazıb.
 
"Bu gün ilk dəfə olaraq bacım Strasburqa uçdu. Nedejda nəhayət AŞPA-da olacaq”, - bacısı bildirib.
 
AŞPA-nın ilk sessiyası sabah başlayacaq.
 
Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunaraq mayın 25-də Ukraynaya qaytarılmışdı. Ukrayna Prezidenti Pyotr Poroşenko Nadejda Savçenkoya "Ukrayna Qəhrəmanı" vəsiqəsini və "Qızıl Ulduz" ordenini təqdim edib.(axar.az)

Вернуться назад