Главная > İdman > İspaniya məğlubiyyəti Türkiyəyə baha başa gəldi

İspaniya məğlubiyyəti Türkiyəyə baha başa gəldi


19-06-2016, 19:11.

 

Avro-2016-nın D qrupunda baş tutan İspaniya-Türkiyə oyunundan sonra 12 azarkeş saxlanılıb.

 

Axar.az xəbər verir ki, saxlanılanların türk əsilli Fransa vətəndaşları olduğu üzə çıxıb. Polis onlardan 5-ni nəzarətə götürüb. Nis polisinin verdiyi məlumata görə, 5 azarkeşdən 4-ü stadiona partlayıcı maddə gətirdiklərinə və meydana atdıqlarına görə, biri isə meydana daxil olduğu üçün həbs edilib.

 

UEFA Türkiyə azarkeşlərinin bu davranışlarından sonra cinayət işi açıb. Baş verən hadisələrdən sonra Türkiyənin cəzalanacağı gözlənilir.

 

Qeyd edək ki, İspaniya-Türkiyə oyunu 3-0 hesabı ilə ispanların xeyrinə başa çatmışdı.


Вернуться назад