Главная > Siyasət > Davudoğlu yeni planlarından danışdı

Davudoğlu yeni planlarından danışdı


19-06-2016, 21:44.
Davudoğlu yeni planlarından danışdı
 
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu yeni planları ilə bağlı suala cavab verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Davudoğlu siyasi sulları cavablandırmaqdan boyun qaçırıb.

"Mədəniyyətlər və Şəhərlər” adlı kitabı çıxan keçmiş nazir bunları bildirib: "Siyasi suallara cavab vermək üçün daha çox vaxt var. Baş nazirliyi buraxdım, amma siyasətdən getmədim. İndi yalnız kitabım barədə danışaq”.

Gələcək planlarından da danışan Ə.Davudoğlu həyatına İstanbulda davam edəcəyini deyib: "Ötən həftə İstanbula qayıtdım. Bundan sonra əsasən İstanbulda olacam. Parlament fəaliyyətimə görə, həftədə 1-2 gün Ankaraya gedəcəm”.

Вернуться назад