Главная > Kriminal > Neftçalada keçmiş kolxoz sədrinin evinə maskalı basqın

Neftçalada keçmiş kolxoz sədrinin evinə maskalı basqın


19-06-2016, 19:25.

Ötən axşam maskalı şəxslər Neftçala rayonunun Qaralı kəndində 83-yaşlı Abasağa Ağayevin evinə basqın ediblər.

Rayon sakinlərinin virtualaz.org saytına verdikləri məlumata görə, basqınçılar ev sahibinin və həyat yoldaşının ağzını və əl-ayağını bağlayaraq pul və qızıl-zinət əşyaları tələb ediblər.

Deyilənlərə görə, evdən külli miqdarda qızıl-zinət əşyaları aparılıb.

Qeyd edək ki, Abasağa Ağayev Sovet dövrünün ən tanınmış kolxoz sədrlərindən biri olub.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Cinayətkarların tezliklə tutularaq məsulliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.


Вернуться назад