Главная > Ölkə / Maraqlı > “Barselona” “Real”ı darmadağın etdi (FOTOLAR)

“Barselona” “Real”ı darmadağın etdi (FOTOLAR)


22-11-2015, 10:47.

 
"Barselona” klubu İspaniya çempionatının 12-ci turunda "Real”ı 4:0 hesabı ilə darmadağın edib. Musavat.com xəbər verir ki, qarşılaşma Madriddəki "Santyaqo Bernabeu” stadionunda keçirilib. Luis Suares dubla imza atıb (11-ci və 74-cü dəqiqələr), Neymar (39) və Andres İnyesta (53) isə hərəyə bir qol vurublar. 

"Barselona”nın hücumçusu Lionel Messi sentyabrda aldığı zədədən sonra meydana çıxıb. O, 56-cı dəqiqədə İvan Rakitiçi əvəz edib. 

Oyunun 84-cü dəqiqəsində "Real” azlıqda qalıb: İsko qırmızı vərəqə ilə meydandan qovulub. 

Bu oyundan sonra "Barselona” 30 xalla turnir cədvəlinin birinci pilləsindədir və ikinci yerdəki "Real”ı 6 xal qabaqlayır. 

Musavat.com


 


































Вернуться назад