Главная > GÜNDƏM > İranla Ermənistan arasında viza rejimi ləğv edildi

İranla Ermənistan arasında viza rejimi ləğv edildi


18-06-2016, 13:29.

viza

Ermənistan parlamentinin növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvini ehtiva edən razılaşma təsdiqlənib.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Xatırladaq ki, iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı.

İran və Ermənistan tərəfi ümid etdiklərini bildiriblər ki, razılaşma gələcəkdə iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə” xidmət edəcək. (Virtualaz.org)


Вернуться назад