Главная > Ölkə > Müsavatda məktəbəqədər təhsilin problemləri müzakirə olundu

Müsavatda məktəbəqədər təhsilin problemləri müzakirə olundu


18-06-2016, 21:10.

Müsavatda məktəbəqədər təhsilin problemləri müzakirə olunduBu gün Müsavat Partiyasının qərargahında "Məktəbəqədər təhsilin problemləri” mövzusunda tədbir keçirilib.

Müzakirələrdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Divan üzvləri Elman Fəttah, Alya Yaqublu, Vəfa Cümşüdlü və digərləri iştirak ediblər.

Tədbirdə Müsavat Məclisnin Təhsil Komissiyasının sədri, tanınmış pedaqoq Dilşad Nağı məruzə ilə çıxış edib.

Məruzə əıtrafında çıxışlar edilib. Məktəbəqədər təhsilin problemlərinin aradan qaldırılmasına dair bir sıra təkliflər irəli sürülüb, bu təkliflərin paket şəklində hazırlanaraq cəmiyyətə və dövlət orqanlarına təqdim olunması qərara alınıb.

bastainfo.com


Вернуться назад