Главная > Mənəviyyat > Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı

Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı


18-06-2016, 18:51.

Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının on üçüncü günüdür.

Uluyol.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 18-də Bakıda imsak saat 03:08, iftar isə saat 20:30-dadır.

Ramazan ayının 13-cü gününün duası:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".

Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!"

Allah orucunuzu qəbul etsin!


Вернуться назад