Главная > Mənəviyyat > “Ya Rəbbi! Ədalətsiz hökmdarları və onlara qulluq edən jurnalistləri cəzalandır!” Şeyxin gözlənilməz duası - VİDEO

“Ya Rəbbi! Ədalətsiz hökmdarları və onlara qulluq edən jurnalistləri cəzalandır!” Şeyxin gözlənilməz duası - VİDEO


18-06-2016, 16:05.
İngiltərə paytaxtında tanınmış müsəlman liderlərdən birinin duası Yaxın Şərqi qarışdırıb. 

Ramazanın 10-cu gününə keçən gecə Londonun mərkəzi məscidində təravih namazı zamanı misirli Şeyx Muhamməd Cəbrayıl yer üzündə zülm və cadu yayan tiranların cəzalandırılması üçün növbəti dəfə Allaha dua edib. 
Xarici medianın  yaydığı xəbərə görə, bu, həmin Şeyx Cəbrayıldır ki, ötən ilki Ramazanda Qədr gecələrinin birində Qahirədə camaat namazına imamlıq edərkən "Ya Rəbbi! Sən özün Fironun kölələri olan ədalətsiz hökmdarları, korrupsioner məmurları və onlara qulluq edən jurnalistləri cəzalandır! Ya Allah! Bizim qanımızı tökənləri, övladlarımızı yetim qoyanları cəzalandır! Ya Allah! Fironun cadugərləri olan jurnalistləri cəzalandır! Ya Allah, rüşvətxorları cəzalandır, zülm törədənləri cəzalandır! Ya Rəbbi! bizim yaşayış mülklərimizin toxunulmazlığını tapdayanları, tiran və zülmkarları cəzalandır! Cib şeyxlərinin cəzasını ver!” kimi dualar etmişdi. Məsciddəkilər də həmin çağırışlara ucadan "amin!” deyə cavab vermişdilər. Hadisə ölkədə ciddi rezonans doğurmuşdu. Bundan qorxuya düşən Misirin dini rəhbərliyi dərhal şeyxi imamlıq vəzifəsindən azad etmişdi. 

Şeyx Cəbrayıl öz duasında konkret adlar çəkməsə də, bu çağırışlar yüksək hakimiyyət dairələrində neqativ reaksiya doğurmuş, məmurlar bu sözləri Qədr gecəsində öz ünvanlarına lənət kimi qəbul edərək bərk həyəcana düşmüşdülər. Odur ki, Vəqflər naziri Muxtar Qumaa şeyx Cəbrayılın imam və xətib kimi fəaliyyətinin dayandırılması haqda sərəncam vermişdi. Eyni zamanda din xadiminin televiziya və radio kanallarında çıxışına da qadağa qoyulmuşdu. Göstərilən duaları səsləndirməsinə görə, müsəlman alim ilə bağlı istintaq başladılmışdı. 
Dünyada həm də gözəl Quran hafizi kimi tanınan Şeyx Cəbrayıl Əl-Əzxər universitetini şəriət və qanunvericilik ixtisası üzrə bitirib. O, İordaniya universitetində dərs deyib və televiziyada bir neçə proqramın müəllif və aparıcısı olub.  (moderator)
 
 
Uluyol.info

 

 

Вернуться назад