Главная > İdman > AÇ: Türkiyə yenə məğlub oldu, İtaliya və İspaniya 1/8-də

AÇ: Türkiyə yenə məğlub oldu, İtaliya və İspaniya 1/8-də


17-06-2016, 23:53.

futbol turk-ispan

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə görüşüb. Turnirə uğursuz başlayan Fatih Terimin komandası bu görüşdə də xal qazana bilmədi.

İspaniya yığması 3-0 hesablı qələbə qazanmaqla 1/8 finala çıxıb.

Qol: Alvaro Morata, 34 (1:0), Nolito, 37 (2:0), Morata, 48 (3:0)

***

D qrupunun ilk görüşündə Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib.

Oyun 2-2 hesablı bərabərliklə başa çatıb.

Qollar: İvan Perişiç, 37 (0:1), İvan Rakitiç, 59 (0:2), Milan Şkoda, 76 (1:2), Tomaş Neçid, 90+3-pen (2:2)

***

"Avro-2016″da qrup mərhələsinin II turunun oyunları davam edir. Günün ilk qarşılaşması E qrupunda keçirilib.

İtaliya İsveçlə münasibətlərinə aydınlıq gətirib. İlk görüşündə Belçikaya qalib gələn italiyanlar bu görüşdən də qalib ayrılıb. Oyun İtaliya yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə italyanlar 1/8 finala vəsiqəni təmin edib.

Qol: Eder, 88 (1:0)




Вернуться назад