Главная > İdman > “Onunla problemim olsaydı, xəstəxanalıq olmuşdu” — İbrahimoviç

“Onunla problemim olsaydı, xəstəxanalıq olmuşdu” — İbrahimoviç


17-06-2016, 22:58.

Fransada təşkil olunan Avropa çempionatının E qrupunun II turu çərçiəsində baş tutan qarşılaşmada İtaliya və İsveç milli komandaları üz-üzə gəlib. 88-ci dəqiqədə fərqlənən Eder İtaliyaya 3 xal qazandırıb.

Oyundan sonra matç haqqında fikirlərini bildirən İsveç milli komandasının ulduz futbolçusu Zlatan İbrahimoviç Georgi Kyellini ilə aralarında yaşanan hadisəni belə anladıb: "Kyellini ilə problemimiz? Hər şey qaydasındadır. Əgər onunla problemim olsaydı, indi xəstəxanada idi”. (qafqazinfo)


Вернуться назад