Главная > Dünya > Hakan Şükür ABŞ-a qaçdı

Hakan Şükür ABŞ-a qaçdı


16-06-2016, 22:20.
Türkiyə  futbol millisinin keçmiş futbolçusu, Fətullah Gülənin qatı tərəfdarı Hakan Şükürün ABŞ-a qaçdığı müəyyən olunub.

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsiylə bağlı barəsində cinayət işi açılan Hakan Şükürün ABŞ-a köçdüyünü məhkəmədə onun vəkili Əli Onur Günçel məhkəmədə  açıqlayıb.
 
 Hakim Hakan Şükürün  vəkilinə müvəkkilinin Amerikadakı ünvanını bildirməsi üçün növbəti  iclasa qədər möhlət verilməsinə qərar verib.
 
Qeyd edək ki, Hakan Şükür  tvitterdə Ərdoğan haqqında söyüşlə müşayət olunan təhqiredici ifadələr yazmışdı. Onun haqqında "prezidentə təhqir" maddəsi ilə cinayət işi açılıb.

Вернуться назад