Главная > Mənəviyyat > Bu gün Naxçıvana enə bilməyən təyyarənin İLGİNC SİRLƏRİ...

Bu gün Naxçıvana enə bilməyən təyyarənin İLGİNC SİRLƏRİ...


16-06-2016, 23:08.
"Toz-torpağı sovurub-dağıdan küləklərə; Yağış yüklü buludlara; Asanlıqla üzüb gedən gəmilərə; Və ruzi bölən mələklərə and olsun ki, .Sizə vəd olunan (cəzalanma xəbəri) həqiqətdir (mütləq vaqe olacaqdır).  Haqq-hesab da labüddür!” Quran, "Sovurub dağıdan küləklər” surəsi, 1-6-cı ayələr.

Xəbər verildiyi kimi, bu gün Bakı-Naxçıvan reysi ilə uçan "Embrayer – 90” tipli sərnişin  təyyarəsi şiddətli külək və toz-duman səbəbindən  Naxçıvan hava limanına enə bilməyərək, Bakıya qayıtmışdır. 

Hesablamalarımız göstərir ki, təyyarələrdə yaranan problemlər təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bugünkü hadisə də bu qanunauyğunluqla baş vermişdir. 
Xatırladım ki, bu il martın 19-da Dubaydan gələn sərnişin təyyarəsi Rostovda qəzaya uğrayaraq sərnişinlər həlak olmuşdular. Bu gün həmin hadisənin 90-cı günüdür ki, bu da Naxçıvandan geri qayıdan təyyarənin üzərinə həkk olunmuşdur: "Embrayer – 90” (!).
Bugünkü təyyarənin qəza enişində diqqət çəkən digər məqam onun Şəkidə baş verən 7 bal zəlzələ ilə bağlanmasıdır. Xatırladım ki, 4 sentyabr 2015-ci il tarixdə baş verən bu zəlzələ bəzi yerlərdə dağıntıya səbəb olmaqla, ölkənin bütün ərazisində həyacan yaratmışdır. Maraqlıdır ki, bu gün həmin hadisənin 286-cı günü olmaqla, təkrar həyacan yaratmışdır (286 ədədi Quranın səhifələrinin sayı olmaqla, bütün təyyarə qəzalarında keçir).


Bugünkü qəza enişində diqqət çəkən digər məqam onun Azərbaybacanda baş verən  başqa bir zəlzələ ilə zəncirvari bağlanmasıdır. Belə ki, 10 fevral 2014-cü il tarixdə episentri  Hacıqabulda olan zəlzələ bütün Azərbaycanı silkələmişdi. Bu gün həmin hadisənin 858-ci günüdür ki, bu da Quranın səhifələrinin sayı olan 286 ədədinin üç mislidir:

858 – 286 – 286 = 286

Əvvəlki yazılarımda da qeyd etmişdim ki, bütün astronomik hadisələr (eləcə də təyyarə qəzaları) 858 günün tamamında təkrarlanır. Bunu aşağıdakı cədvəllərdən görmək olur: 
BAX: cədvəllərə

(Onu da qeyd edim ki, astronomiya elmində kəşf sayılan bu cədvəllər müəllifə məxsusdur)

Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür zəlzələ və qəzalar yolun azmış millətimizə və onun rəhbərlərinə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır:

"Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (halal yaşamağı, insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”.              
Quran, 17:16 

Paşa Yaqub – tədqiqatçı-yazıçı.

Вернуться назад