Главная > Ümumi > Maşın idxalı 7 dəfə azalıb

Maşın idxalı 7 dəfə azalıb


16-06-2016, 21:31.

avtomobil

Bu ilin yanvar – may aylarında Azərbaycana 2 min 233 nəqliyyat vasitəsi gətirilib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,9 dəfə azdır.

2015-ci ilin ilk 5 ayında ölkəyə 15 min 495 nəqliyyat vasitəsinin gətirildiyi bildirilir.

Bu ilin 5 ayında 32 mikroavtobus, 1939 minik avtomobili , 204 yük maşını və 58 xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

Bu il Azərbaycana yanvarda cəmi 437, fevralda 384, martda 541, apreldə 380 , mayda isə 491 nəqliyyat vasitəsi gətirilib.


Вернуться назад