Главная > Dünya > Türkməndağında döyüşlər şiddətlənib

Türkməndağında döyüşlər şiddətlənib


16-06-2016, 22:11.

Turkmenler

Son üç gündə Suriya türkmənlərinin əsas çoğrafi ərazisi sayılan Türkməndağında döyüşlər yenidən şiddətlənib.

Bu haqda AzadlıqRadiosuna Suriya Türkmən Məclisindən məlumat verilib.

Məlumatda deyilir ki, Suriya rejimi Rusiya hərbi təyyarələrinin köməyi ilə ərazini bombardman edir, ölən və yaralananlar var. Üç yaralı Türkiyəyə çatdırılıb. Hazırda türkmənlərin əlində Yamadi, Çümeren və daha bir neçə kənd qalıb.

Suriya türkmənləri 5 ildir Assad rejiminə qarşı mübarizə aparır. Bu müddət ərzində türkmənlərin sıx yaşadığı Bayırbucaq, Hələb və Homsda yüzlərlə türkmən həlak olub, yüz minlərlə adam ev-eşiyindən didərgin düşüb, türkmənlərin torpaqlarının böyük bir qismi əllərindən çıxıb.

Hazırda türkmən birlikləri Suriya ordusu, İslam Dövləti (İŞİD) qrupu və PYD silahlı qruplaşmalarına qarşı mübarizə aparır.


 


Вернуться назад