Главная > Siyasət > Britaniyada deputatı küçənin ortasında güllələdilər

Britaniyada deputatı küçənin ortasında güllələdilər


17-06-2016, 01:18.

britaniya-deputat-qetl

Kameron Co Koksun qətlini faciə adlandırdı

Britaniya parlamentinin xanım deputatı, Leyborist Partiyasından olan 41 yaşlı Coo Koks dünən Berstolldakı ofisinin önündə qətləyetirilib.

Seçiciləri ilə görüşü zamanı Koksa odlu silahdan atəş açılıb, həmçinin bıçaqla xəsarət yetirilib.

Şahidlərin sözlərinə görə, hücum edən şəxs əvvəlcə deputatı küçədə döyməyə başlayıb. Sonra da tapançasını çıxararaq ona iki dəfə atəş açıb. Insident zamanı mülki vətəndaşlardan da yaralanan olub.

Ağır yaralanmış deputat helikopterlə Lids xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

C.Koksa hücum edən şəxs saxlanılıb. O, 52 yaşlı kişidir və hücum zamanı "Britaniya hər şeydən irəlidir” – deyə qışqırıb. Iş üzrə cinayət işi başladılıb, təhqiqat gedir. Hadisənin motivləri hələlik bəlli deyil.

Qeyd edək ki, Leyborist Partiyası Britaniyanın Avropa Birliyindən çıxmasını istəyir vəbu istiqamətdə təbliğat aparırdı. Deputatın qətlindən sonra partiya bu təbliğatı müvəqqəti dayandırdığını elan edib.

Böyük Britaniyanın baş naziri Devid Kameron deputat Co Koksun qətlini faciəadlandırıb.

"Co Koksun qətli faciədir. O, işinə sadiq və diqqətli deputat idi. Mənim fikrim onun həyat yoldaşı Brendonun və iki azyaşlı uşağının yanındadır” – Kameron özünün "Twitter” hesabında belə yazıb.(azadliq.info)


Вернуться назад