Главная > Ölkə / Ümumi > Mirmehdi Ağaoğlunun kitabının təqdimatı olub - “Bu gün səbr elə”

Mirmehdi Ağaoğlunun kitabının təqdimatı olub - “Bu gün səbr elə”


21-11-2015, 20:26.

 

Bu gün Akademik Milli Dram Teatrında yazıçı Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə "APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu, millət vəkili Aqil Abbas, xalq artisti Faiq Ağayev, şair Baba Vəziroğlu və başqaları iştirak edib.

Təqdimat mərasimində M. Ağaoğlu kitabını oxucuları üçün imzalayıb.

Qeyd edək ki, "Ol” nəşriyyatında işıq üzü görən kitaba müəllifin eyniadlı romanı daxildir. 

Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. 

  "Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır. Kitabın redaktoru Ağa Cəfərlidir. 

 

 

 
 
 
 
 
 
 

Вернуться назад