Главная > İdman > “Çempionat bizim üçün yeni başlayır” - Fatih Terim

“Çempionat bizim üçün yeni başlayır” - Fatih Terim


15-06-2016, 17:40.

 

"Xorvatiya ilə matç bizim üçün keçmişdə qaldı. Artıq hər kəs o matçı unutmalıdı”. Apasport.az sayının məlumatına görə, bu sözlər Türkiyə millisinin baş məşqçisi Fatih Terimə məxsusdu.

 

"Ay-ulduzlular”ın çalışdırıcısı Avro-2016-nın qrup mərhələsində İspaniya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Yetirmələrinə Xorvatiyaya məğlubiyyəti (0:1) unutmağı məsləhət görən Terim növbəti 2 görüşdə qələbə qazanacaqlarına inam ifadə edib: "Çempionat bizim üçün yeni başlayır. Bu səbəbdən İspaniya ilə qarşılaşma komandamız üçün böyük önəm daşıyır. Futbolda keçmişlə yaşamağın faydası yoxdu. Biz çətin günlərin komandasıyıq. Devizimiz məlumdu, hələlik hər şey bitməyib. Son sözü yenə futbolçularım deyəcək. Sadəcə bir oyunda uduzduq. Növbəti mərhələyə yüksəlməyə gəlincə, qazanacağımız 6 xal var. Bunu bacarsaq, ardı olacaq. Biz güclü bir komandayıq”.

 

Qeyd edək ki, Türkiyə İspaniya ilə iyunun 17-də, Çexiya ilə 21-də oynayacaq.


Вернуться назад