Главная > Mənəviyyat > İslamafobiyada son nöqtə: Namazı qadağan etdilər - Tələbələr ayağa qalxdı

İslamafobiyada son nöqtə: Namazı qadağan etdilər - Tələbələr ayağa qalxdı


15-06-2016, 23:23.
 
Danimarkada bir məktəbdə, tənəfüz saatları da daxil olmaqla tələbələrə namaz qılmaq qadağan edilib. 

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  paytaxt Kopenhagenin şimalında yerləşən, tibb və pedoqoji təhsil verən  Hillerod  adlı məktəbin tələbələri məlumat yayıb. 
  
Danimarka mətbuatına danışan məktəb direktoru İnger Margrethe Jensen  namazın  qadağan olunması  qərarını təsdiqləyib. O, namazın məktəbin qaydalarına uyğun olmadığını deyib.

"Bəzi şagirdlər məktəbi bir məscidə çevirmək  istədi. İslam dini məktəbdə çox yayıldı və  çox görünər hala gəldi. Din və təhsil bir-birindən ayrıdır. Din şəxsi həyata aid bir məqamdır" deyə direktor bildirib.
 
Jensen  sadəcə, dərs saatlarında deyil, eyni zamanda tənəffüslərdə də namaz qılmağın qadağan olduğunu qeyd edib.
 
Qadağaya qarşı aralarında xristianların da olduğu tələbələr imza toplamağa başlayıb.
 
Əhalisi 5,6 milyon olan Danimarkada 200 mindən çox müsəlman yaşayır.

Вернуться назад