Главная > Dünya > Ərdoğan: Bəşəriyyətin problemlərini həll etməliyik

Ərdoğan: Bəşəriyyətin problemlərini həll etməliyik


16-06-2016, 00:24.
Ərdoğan: Bəşəriyyətin problemlərini həll etməliyik
 
Dünyanın fövqəl-oyunlarını deyil, bəşəriyyətin problemlərini həll etməliyik.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə səfirlər önündə çıxışı zamanı deyib.
 
"Bütün dünyaya səslənərək demək istəyirəm ki, gəlin bəşəriyyətə birlikdə sahib çıxaq. Terrorçunun kimliyinə, milliyətinə, mövqeyinə qiymət verməyək. Zülmkara əsla şərait yaratmayaq. Məzlumlara birlikdə yol göstərək. O zaman dünya hamımız üçün daha gözəl olar. Bəşəriyyətin problemlərini birlikdə həll etməliyik. Terrorçuluğa qarşı sərgilənən ikili mövqe bizə ümid vermir”, - Ərdoğan bildirib

Вернуться назад