Главная > İdman > AÇ 2016: Slovakiyadan qələbə, Rumıniya İsveçrə ilə heç-heçə etdi, Fransa 1/8-də

AÇ 2016: Slovakiyadan qələbə, Rumıniya İsveçrə ilə heç-heçə etdi, Fransa 1/8-də


16-06-2016, 00:04.

futbol fransa

A qrupunun ikinci oyununda Albaniya millisi meydan sahibi Fransa ilə üz-üzə gəlib. Oyun fransızların 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə Fransa millisini növbəti mərhələyə çıxarıb.

Qollar: Qrizman, 90, (1-0) Dimitri Payet, 90-5 (2-0)

***

A qrupunda bu günə nəzərdə tutulan iki oyundan biri başa çatıb.

İlk görüşündə Albaniyaya 1:0 hesabı ilə qalib gələn İsveçrə Rumıniya ilə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Qol: Stanku, 18-pen.(1:0), Mehmedi, 57 (1:1)

***

Bu gün "Avro-2016″nın qrup mərhələsində II turun oyunlarına start verilib. Günün ilk qarşılaşması B qrupunda keçirilib.

Rusiya Slovakiya ilə üz-üzə gəlib. İlk görüşündə ingilislərlə 1:1 bərabərə qalan Rusiya yığması bu dəfə Slovakiyaya uduzub – 1:2.

Qollar: Vladimir Veiys, 32 (0:1), Marek Hamşik, 45 (0:2), Denis Qluşakov, 79 (1:2)


Вернуться назад