Главная > Mənəviyyat > Ramazan ayının onuncu gününün duası və təqvimi

Ramazan ayının onuncu gününün duası və təqvimi


15-06-2016, 22:36.

Ramazan ayının onuncu gününün duası və təqvimi

"İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver”.

 Müqəddəs Ramazan ayının 10-cu gününün təqvimi və duasını təqdim edir.

10 ramazan 1437 – 16 iyun 2016

İmsaq: 03:08
İftar: 20:29

10-cu günün duası:

Allahumməc'əlni fihi minəlmutəvəkkilinə ələykə vəc'əlni fihi minəlfaizinə lədəyk vəc'əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!

Tərcümə:

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.(ölkə)


Вернуться назад