Главная > Mənəviyyat > İsveçdə məsciddən çıxanlara hücum olunub

İsveçdə məsciddən çıxanlara hücum olunub


14-06-2016, 23:33.
İsveçdə məsciddən çıxanlara hücum olunub
 
İsveçin paytaxtı Stokholm şəhərində qara geyimli bir qrup məsciddən çıxan şəxslərə qarşı söyüşlərlə və daş ataraq hücum ediblər.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən  bu barədə İsveçin Afdonbladet qəzeti məlumat verib.

Qəzet məsçiddən çıxan müsəlmanlara 50 nəfərlik qarageyimli bir qrupun irqçi sözlərlə, söyüşlə və daşlarla hücum etdiyini yazıb.

Xəbərdə hücumda ölən əvə ya yaralananların olmadığı, polisin təhqiqata başladığı bildirilib.

Stokholm polsi idarəsinin mətbuat sözcüsü Mats Errikson "50 nəfərlik qarageyimli qrup məsciddən çıxanları təhqir edərək, əllərindəki şüşə və daşları həmin şəxslərə tullayıb” deyə məlumat verib.

Erikson hadisə ilə bağlı heç kimin həbs olunmadığını bildirib.


Вернуться назад