Главная > Mənəviyyat > Kəbənin örtüyü barəsində maraqlı faktlar — FOTOLAR

Kəbənin örtüyü barəsində maraqlı faktlar — FOTOLAR

14-06-2016, 01:54.

Kəbənin örtüyü barəsində maraqlı faktlar — FOTOLAR

Kəbə evinin qara örtüyü barədə maraqlı faktları təqdim edirik.

Müsəlmanların ən müqəddəs məkanı olan Kəbə evinin qara örtüyünün ağırlığı 670 kilo təşkil edir. Bu örtük 200 nəfərin çalışdığı fabrikdə 8 ay ərzində toxunub başa çatdırılır.

Məkkədə havanın həddən artıq isti olması səsbəbi ilə Kəbə evinin örtüyü keyfiyyətini tez itirir. Bu səbəblə də örtük ildə bir dəfə, ziyarətçilərin ən az olduğu zamanda dəyişdirilir. Örtüyün dəyişdirilməsi ənənəvi olaraq hacıların Ərəfat dağına tərəf yol aldığı zamana təsadüf edir. Örtüyün dəyişdirilməsi işi 80 nəfər tərəfindən həyata keçirilir.

Örtüyün üzərindəki qızıl işləmələri hörən adamların işə götürülməsi üçün müəyyən imtahandan keçmələri lazımdır. Fabrikdə yalnız kişilər işləyə bilər. Fabrikdə ilk olaraq saf ipəkdən qara rəngli örtük toxunur. Daha sonra örtüyə qızıl və gümüş ipliklərlə ilmək-ilmək quran ayələri işlənilir. Örtüyün sökülməsi, yırtılması halında təmirini həyata keçirmək üçün 8 işçi ayrılıb. Örtüyün üzərindəki naxışları işləmək üçün 120 kilo qızıl, 100 kilo gümüş istifadə olunur.

Kəbə örtüyünün hazırlanmasına ümumi sahəsi 658 kvadrat metr, uzunluğu 14 metr, eni 101 sm təşkil edən 47 top parça sərf olunur. Örtüyün üzərinə "La ilahe illallah Muhammedün Resulullah", "Allah Celle Celalühü", "Sübhanallahi ve bihamdihi subhanallah El Azim", "Ya Hannan, ya Mennan" yazıları toxunur. Toxuma işləri 4 ayrı parça üzərində həyata keçirilib, sonradan birləşdirilir. Örtüyün yenilənməsinə hər il hökumət tərəfindən 25 milyon riyal ayrılır.(ölkə)

Kəbənin örtüyü barəsində maraqlı faktlar —

Вернуться назад