Главная > İdman > AVRO-2016: İsveç və İrlandiya meydandan sülhlə ayrılıb

AVRO-2016: İsveç və İrlandiya meydandan sülhlə ayrılıb


13-06-2016, 20:52.
​AVRO-2016: İsveç və İrlandiya meydandan sülhlə ayrılıb
 
Bu gün Fransada keçirilən futbol üzrə avropa çempionatının "E" qrupu çərçivəsində ilk oyun baş tutub.

"Report" xəbər verir ki, qrupun ilk matçında İsveç və İrlandiya yığmaları üz-üzə gəlib.
Maraqlı keçən qarşılaşmada hesabı ilk açan irlandlar olub. Vesley Hoolahan 48-ci dəqiqədə komandasının və özünün turnirdə ilk qolunu vurub. Qoldan sonra İsveç İrlandiya qapısı önündə təzyiqi artırıb və 71-ci dəqiqəsində istəyinə nail olub. Belə ki, hücum zamanı Zlatan İbrahimoviçin kənardan qapı önünə ötürməsini rəqib komandanın futbolçusu Ciaran Clark qola çevirib və avtoqola imza atmış olub.

Matç 1:1 hesabı ilə başa çatıb.

Bu qrupda növbəti qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:00-da İtaliya və Belçika yığmaları arasında keçiriləcək.

Вернуться назад