Главная > Ölkə > Şirzad Babayev :“Neftin düşməsi ixtisarların sürətlənməsinə və işsizliyin artmasına gətirib çıxaracaq ”

Şirzad Babayev :“Neftin düşməsi ixtisarların sürətlənməsinə və işsizliyin artmasına gətirib çıxaracaq ”


11-10-2015, 19:22.

Şirzad Babayev :“Neftin düşməsi ixtisarların sürətlənməsinə və işsizliyin artmasına gətirib çıxaracaq ”Müsavat Partiyası Suraxanı rayon fəalı Babayev Şirzad:"Neftin düşməsi ixtisarların sürətlənməsinə və işsizliyin artmasına gətirib çıxarcaq ”

 

Azərbaycandakı iqtisadi böhran nəticəsində kütləvi ixtisarlar davam edir. İndiyə qədər əksər dövlət qurumlarından minlərlə işçi ixtisara salınıb. Bu sırada "Bakı Metropoliteni”ni, "Azərenerji”ni, "Azərsu”nu, "Azəryolservis”i və digərlərini göstərmək olar. İxtisarlar artıq maliyyə sektorunda da baş verir. Bu günlərdə yayılan rəsmi məlumatlara görə, bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb.

 

Neft sektorunda olan ixtisarlar isə artıq ötən ilin əvvəllərindən başlanıb. Minlərlə işçi bu müddət ərzində ixtisar olunub.

 

Neft sahəsi üzrə mütəxəssis,Şirzad Babayev fikirlərini bölüşərkən deyibki, neftin qiymətinin qalxacağı təqdirdə belə hasilatın azalması büdcəmizə çox mənfi təsir edəcək: "Biz artıq 3 ildir ki, ölkədə ciddi ixtisarların gedəcəyi ilə bağlı həyəcan təbili çalırıq. Ekspertlərin verdiyi proqnoza görə neftin hasilatı getdikcə aşağı düşür.Hətta neftin qiymətinin qalxacağı təqdirdə belə hasilatın azalması büdcəmizə çox mənfi təsir edəcək. Dövlət büdcəmiz Neft Fondundan asılıdır. Demək olar ki, Neft Fondu ikinci büdcədir. Eyni zamanda ARDNŞ-da bir büdcəyə çevrilib. Ölkədə hasilatın aşağı düşdüyü və zamanında qeyri-neft sektorunun inkişafına maliyyə vəsaitlərinin ayrılmadığı üçün ölkədə işsizlik davam edəcək. Məlum məsələdir ki, təbii enerji resursları tükənən mənbələrdəndir. Biz nə gələcək nəsillərə bu ehtiyatlardan saxladıq, nə də başqa sahələrimizi inkişaf etdirdik.

 

ARDNŞ-da ilin əvvələindən başlayan ixtisarlar davam edir. Paralel olaraq başqa əməliyyat şirkətlərində də ixtisarlar aparılır."Qlobal Enerji Azərbaycan LTD”nin 5 əməliyyat şirkətində ixtisarlar gedir və davam edəcək. Bütün bu prosesləri müəyyən dərəcədə anlamaq olar. Vaxtında neft gəlirlərindən səmərəli istifadə edilmədi, indi də ölkənin yeganə ümidi neft gəlirləridir. Buraxılan bu kobud səhvin üzündən cəmiyyət əziyyət çəkir. Amma bütün bunlarla yanaşı bir anlaşılamayan məsələ var.


Ölkədə işsizliyin başlanacağı ilə bağlı ciddi siqnallar verildiyi halda nə üçün xaricdən işçi gətirilir? Azərbaycanda təcrübəli işçilər olduğu bir vaxtda nə üçün Hindistan və Banqladeşdən işçilər gətirliir? Bu hələ də davam edir. Neft pullarından ədalətli istifadə edilmədi, bəs indi nə üçün bu səhvi təkrar edirlər?Bu hansı məmurun biznesi olduğunu tapa bilmirik”.

 

 

Uluyol.info


Вернуться назад