Главная > İdman > Messi şou göstərdi - Video

Messi şou göstərdi - Video


11-06-2016, 13:02.

 

Amerika Kubokunun qrup mərhələsində Argentina və Panama yığmaları qarşı-qarşıya gəlib.

 

Messinin 3 qol vurduğu qarşılaşmada Argentina rəqibini 5-0 hesabı ilə məğlub edib. Argentina millisi oyunun əvvəlində - 7-ci dəqiqədə Otamendinin vurduğu qolla hesabı açıb. 31-ci dəqiqədə Panama azlıqda qalıb: Anibal Qodoy meydandan qovulub.

 

Matçın 61-ci dəqiqəsində meydana daxil olan Leo Messi oyunun taleyini həll edib. O, 68, 78 və 87-ci dəqiqələrdə fərqlənməklə het-trik edib. Serxio Aquero isə son dəqiqələrdə yekun qolu vurub.

 

Bu qalibiyyətlə xallarının sayını 6-ya çatdıran Argentina növbəti mərhələyə yüksəlib.(axar.az)

 


Вернуться назад