Главная > Mövqe > Müsavat başqanı Sevda Laçınlını təbrik etdi

Müsavat başqanı Sevda Laçınlını təbrik etdi


10-06-2016, 20:02.

Müsavat başqanı Sevda Laçınlını təbrik etdiMüsavat Partiyasının başqanı Arif Hacılı başqan müşaviri Sevda Laçınlını doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

 

"Hörmətli Sevda xanım!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərakatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal nümayəndələrindən biri olmusunuz.

Siz Müsavat Partiyasının sıralarına qoşularaq ölkədə azad, demokratik vətəndaş cəmiyyətinin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz.

Hazırda Müsavat Partiyası Laçın rayon təşkilatının Şura üzvü və başqan müşaviri kimi partiyanın qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsində fəallıq göstərirsiniz. Eyni zamanda Müsavatçı Qadınlar Birliyinin gücləndirilməsində xidmətləriniz böyükdür.

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Siz həm də mehriban, qayğıkeş bir anasınız, övladlarınızla fəxr etdiyiniz kimi, əminəm ki, övladlarınız da hər zaman Sizinlə qürur duyacaq.

Hörmətli Sevda xanım!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”


Вернуться назад