Главная > Mövqe > Abxaziyada Rusiyaya birləşmək haqqında referendum keçirilməyəcək

Abxaziyada Rusiyaya birləşmək haqqında referendum keçirilməyəcək


10-06-2016, 16:55.
Abxaziyada Rusiyaya birləşmək haqqında referendum keçirilməyəcək
 
Abxaziyada Rusiyaya birləşmək haqqında referendum keçirilməyəcək. Bunu qondarma "Abxaziya Respublikası”nın "baş naziri”  Artur Mikvabiya Cənubi Osetiyanın Rusiya ilə birləşmək haqqında qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Abxaziyanın tarixi hekayəsi Cənubi Osetiyanınkından fərqlənir. 

"Baş nazir” osetinlərin parçalanmış xalq olduğunu, Cənubi Osetiyanın buna görə şimala birləşmək istədiyini söyləyib.

Artur Mikvabiya Abxaziyanın Rusiya ilə sıx müttəfiq olduğunu qeyd etməklə yanaşı ,öz müstəqilliyini qoruyacağını bildirib.

Xatırladaq ki, hər iki qondarma respublikanın yerləşdiyi ərazi 2008-ci ilin avqustundan Rusiya tərəfindən Gürcüstandan qoparılıb. 

Rusiya işğal etdiyi bu torpaqlarda hər iki qondarma respublikanı müstəqil dövlət olaraq tanıyıb.

Cənubi Osetiya 2017-ci ildə Rusiyaya birləşmək haqqında "referendum” keçirmək barədə qərar qəbul edib.

Rusiya prezidenti Vladimir Putin bu "referendum"a mane olmayacaqlarını bildirib.

Вернуться назад