Главная > Dünya > Saakaşvili kabinetini çadıra köçürdü – VİDEO

Saakaşvili kabinetini çadıra köçürdü – VİDEO


8-06-2016, 18:20.
Saakaşvili kabinetini çadıra köçürdü – VİDEO
 
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iş otağını təmir işləri gedən Оdessa-Reni yolunun kənarındakı çadıra köçürüb.
 
BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Newsone telekanalı məlumat yayıb. Çadırdan bir başa canlı efirə çıxan Saakaşvili yolun təmiri başa çatana qədər bütün işgüzar görüşləri və qəbulları yalnız bu çadırda aparacaq.

O qeyd edib ki, hazırda təmir işləri aparılan Odessa-Reni yolu ilə tanış olub və nə işin intensivliyindən, nə də maliyyələşməsindən razı qalmayıb. Saakaşvili bildirib ki, bununla bağlı baş nazir Vladimir Qroismanla görüşüb müzakirələr aparacaq.


Вернуться назад