Главная > Maraqlı > Klaviaturadakı F və J hərflərinin altındakı xəttlər hansı mənanı verir?

Klaviaturadakı F və J hərflərinin altındakı xəttlər hansı mənanı verir?


8-06-2016, 01:04.

Kompüter klaviaturasındakı "F” və "J” hərflərinə diqqət etmisinizmi? Bu düymələrin hər birinin üzərində kiçik, qabarıq xətt var. Hətta sensorsuz mobil telefonların "5” düyməsində də eyni xətt mövcuddur.

Bu kiçik xəttlər sayəsində bütün barmaqlarınızla klaviaturadan istifadə edə bilərsiniz. Belə ki, "F” və "J” hərflərindəki bu xəttlər yol göstərici rolunu oynayır. İşarə barmaqlarınızı bu iki düyməyə qoymanız lazımdır ki, digər barmaqlarınız daha tez və rahat hərəkət etsin. 
Bundan əlavə gözləri görməyən insanlar da bu düymələrin köməyi ilə digər hərflərin yerini tapa bilir. 

1465282386_20160402064607-27203-7

 

ULUYOL.İNFO


Вернуться назад