Главная > Mənəviyyat > Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı


7-06-2016, 22:46.
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
 
Sabah Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:10-da, iftar isə saat 20:25-dədir.

Ramazan ayının 2-ci gününün duası:

"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

Allah orucunuzu qəbul etsin!


Вернуться назад