Главная > Cəmiyyət > Berlində azərbaycanlıların aksiyasında ermənilər niyə iştirak edib?

Berlində azərbaycanlıların aksiyasında ermənilər niyə iştirak edib?


7-06-2016, 22:54.

 Berlində azərbaycanlıların aksiyasında ermənilər niyə iştirak edib?

 

Eynulla Fətullayev ittiham etdi, Həbib Müntəzir cavablandırdı 


 

Avropada yaşayan azərbaycanlılar bir qrup erməni ilə birlikdə Almaniya kansleri Angela Merkelin iqamətgahının qarşısında aksiya keçiriblər. İqamətgahda Angela Merkellə Azərbaycan prezidenti İlham Əliyevin görüşünün gerçəkləşəcəyinə qısa zaman qalmış baş verən bu aksiya medianın gündəminə gəlib. 

Virtualaz.org Almaniyanın "Spiegel” nəşrinə istinadən yazıb ki, müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olacaq.

Görüşə az qalmış bir qrup erməni separatçı "DQR” bayraqları ilə Almaniya kanslerinin iqamətgahı qarşısında piket təşkil edib.

Müsavat.com xəbər verir ki, bununla bağlı jurnalist Eynulla Fətullayev sosial şəbəkədə bir status paylaşıb. Statusu olduğu kimi təqdim edirik: "Şərəfsiz Həbib Müntəzir və alçaq Elmir Mirzəyev ermənilərlə birgə Berlində İlham Əliyevə etiraz edir. Mitinqçilərin əlində qondarma DQR-in bayrağı da var((( Bunlara nə deyəsən???” 

Bu məsələ ilə bağlı Almaniyada yaşayan bloqqer, Meydan TV-nin əməkdaşı Həbib Müntəzirin statusu və gedən müzakirələrdəki açıqlamaları məsələnin heç də bu cür olmadığını göstərir. H.Müntəzir həmin anı belə təsvir edib: "İlham Əliyev Berlinə gəlib. Onu həm diasporaçılar dəstək aksiyası ilə, həm də Sərhədsiz Reportyorlar etiraz aksiyası ilə qarşıladılar. Etiraz aksiyasında Ermənilərdən biri qondarma Dağlıq Qarabağın bayrağını açdı. Getdim təşkilatçılara dedim, aşağı saldılar. Az.tv-nin nümayəndəsi isə gəlib əllə işarə edirdi ki, açın-açın, çəkək. Nə adamdı ala bunlar”.

Sözügedən piketdə ermənilərin iştirakı məsələsini sorğulayanlara isə H.Müntəzirin cavabı belə olub ki, o ermənilər polisə, hüquq mühafizə orqanlarına güvəndikləri üçün həmin aksiyada iştirak ediblər: "Nəticə etibarı ilə o bayrağı şikayət edərək götürtdük”.


Вернуться назад