Главная > GÜNDƏM > Çində uyğurlara yeni təzyiq növü

Çində uyğurlara yeni təzyiq növü


7-06-2016, 20:38.
Çində uyğurlara yeni təzyiq növü
 
Çində yaşayan uyğur türkləri ölkə daxilinə səyahət edərkən DNK nümunələrini təqdim etməlidirlər

Ölkə.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çinin şimali-qərbində yerləşən Sintsyan Uyğur Muxtar Rayonuna (SUMR) səyahət etmək istəyən uyğurlar yerli hakimiyyət orqanlarına lazımi sənədlərlə birlikdə DNK test nümunələrini də təqdim etməlidirlər.

Bu qaydalar Ramazan ayının gəlişi ilə əlaqədar tətbiq olunur.

Belə ki, İli-Qazax muxtar dairəsində yaşayan uyğurlar SUMR-a səfər edərkən DNK nümunələrini, barmaq izlərini və üç ölçülü fotoşəkillərini təqdim etməlidirlər.

Вернуться назад