Главная > Müsahibə > İnfarkt belə gəlir: diqqətli olun

İnfarkt belə gəlir: diqqətli olun


7-06-2016, 22:35.

 

Arteriyalarınız daraldığı zaman ürəyə daha az qan gedir ki, bu da ürəyinizin daha sürətlə döyünməsinə gətirib çıxarır.

 

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, ürəyinizə gedən qan azaldığı zaman ciyərlərin oksigenlə təminatı da azalır.  Bu iki orqan bir–birinə bağlıdır. Bədəninizin zəifliyi arteriyaların daralması ilə əlaqədar ola bilər. Bu vəziyyətdə qan dövranı zəifləyir və əzələlərin ehtiyacı olan qan ödənmir. Bu isə bəzən huşunuzun itməsilə nəticələnir.  

 

Qan dövranı zəiflədiyi zaman beyinə daha az qan gedir. Həyati təhlükə yaradan bu vəziyyət baş hərlənməsi, soyuq tərləməyə səbəb olur. Sinənizdə bir daralma, yaxud yüngül bir ağrı hiss etmək də infarkt simptomlarındandır. İnfarkt yaxınlaşdıqca simptomlar artır. Səbəbsiz yerə qrip, yaxud soyuqdəymə kimi simptomları yaşayırsınızsa, bu da infarktın göstəricisi ola bilər.

 

Qeyd edək ki, bu hallara diqqət etsəniz, vaxtında infarktın qarşısını ala bilərsiniz. İnfarkt bir ay öncədən özünün əlamətlərini göstərir.



Вернуться назад