Главная > Dünya > İraqın Fəlluca şəhərində 50 min insan köməksizdir

İraqın Fəlluca şəhərində 50 min insan köməksizdir


7-06-2016, 02:33.
İraqın Fəlluca şəhərində 50 min insan köməksizdir
İraqın Fəlluca şəhərində atışmaların şiddətlənməsi səbəbindən əhali evlərindən qaçır. 50 minə yaxın insan isə şəhərdə köməksiz vəziyyətdə qalıb.
 
Axar.az xəbər verir ki, bu barədə BMT-nin açıqlamasında deyilib.
 
Məlumata görə, İraq ordusunun Fəllucə şəhərini İŞİD-in işğalından azad etmək üçün əməliyyatlara başlamasından dolayı 10 min insan şəhərdən didərgin düşməyə məcbur qalıb:
 
"Şəhərdə su, ərzaq və dərmana böyük ehtiyac var. Təəssüf ki, göndərilən humanitar yardımlar şəhərə çatdırılmır”.


Вернуться назад