Главная > Maraqlı > Facebook rəhbərinin hesabı sındırıldı

Facebook rəhbərinin hesabı sındırıldı


6-06-2016, 13:59.

mark sukerberq

Hakerlər Facebook yaradıcısı Mark Sukerberqin Twitter və Pinterest sosial şəbəkələrdə hesabları sındırılıb. Buna görə məsuliyyəti Ourmine haker qrupu öz üzərinə götürüb.

Öz Twitter-lərində hakerlər həmçinin Sukerberqin İnstaqram və LinkedIn-də də hesablarının sındırıldığını yazıb.

Hakerlər Sukerberqin təhlükəsizlik sistemini yoxladıqlarını yazıb.

Milyarderin 2012-ci ildən yenilənməyən Twitter hesabında bir neçə statust yazılıb və qısa müddətdən sonra silinib.

Sukerberqin Pinterest-dəki hesabında isə "Ourmine qrupu tərəfindən sındırılıb” yazılıb. Instaqram Facebook şirkətinə məxsusdur.

azadlıq.info


Вернуться назад