Главная > Ümumi > "Azərbaycanı ev sahibi kimi biz dəvət etmişik"-Ərdoğan

"Azərbaycanı ev sahibi kimi biz dəvət etmişik"-Ərdoğan


19-11-2015, 02:35.
 
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan G 20 sammitində Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etməsindən danışıb. 

Avropa.info xəbər verir ki, ATV-A-nın canlı yayımında danışan Türkiyə prezidenti Azərbaycanın bu toplantıya böyük töhvə verdiyini açıqlayıb.

"Sammiti təşkil edən  bütün kadrlarımıza təşəkkür edirəm.Sammiti keçirmək üçün 40 min insanın əməyindən istifadə etdik. Biz Azərbaycanı ev sahibi kimi dəvət etmişdik. Onlar da bu toplatıya töhvələrini verdilər."

Ərdoğan Parisdə baş vermiş olaylardan da danışıb.
 
"Hər kəs Parisdə baş verən olayları pisləyir. Ankarada  baş verən terror olayı niyə pislənmir? . Ankaradakı hücumda  hər addımda  "Qatil dövlət" deyirdilər. Ollan ilə bağlı belə sözlər eşitdinizmi?"

Qeyd edək, Türkiyə G 20 Liderlər Sammitinə yalnız Azərbaycan və Sinqapuru fəxri  qonaq qismində dəvət etmişdi.(avropa.info)

Вернуться назад