Главная > Ümumi > Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi səhnələşdirilir

Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi səhnələşdirilir


19-11-2015, 02:29.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Arzu və Murad” tamaşası üzərində yaradıcılıq işinə start verib. Kulisin məlumatına görə tamaşa Sevinc Elsevərin "Ürəyində arzu tut” pyesi əsasında hazırlanıb.

 

Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

 

Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

 

"Ürəyində arzu tut” əsəri ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və "Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə keçirilən "Anamın kitabı” adlı pyes müsabiqəsində birinci yerə çıxmışdı. Müsabiqənin şərtlərinə görə birinci yerə çıxan əsər səhnələşdirəcəkdi.

 

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu əsərin əsas ideyasını təşkil edir. 

 

Tamaşanın premyerasının dekabr ayının birinci yarısında nümayiş etdirilməsi nəzərdə tutulub

 

 

ULUYOL.İNFO


Вернуться назад