Главная > Dünya > Suriyanın hərbi qüvvələri Rəqqa istiqamətində irəliləyir

Suriyanın hərbi qüvvələri Rəqqa istiqamətində irəliləyir


5-06-2016, 21:05.
Suriyanın hərbi qüvvələri Rəqqa istiqamətində irəliləyir
 
Suriyanın hərbi qüvvələri şimal Rəqqa istiqamətində irəliləyir. Bu şəhər İslam
Dövlətinin Xəlifət elan etdiyi vilayətin paytaxtıdır.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun
bildirdiyinə görə, qüvvələrin Rusiya təyyarələrinin müşayiəti ilə Rəqqanın inzibati
sərhədlərinə yaxınlaşıb.


Qrup qüvvələrin Rəqqa və Hama arasındakı yolk yaraqlılarla toqquşduğunu bildirir.

Qüvvələr Əsəd gölü və Rəqqadan Hələbə aparan əsas yolu ələ keçirməyə çalışır.

Dövlət mediası yaraqlıların böyük itkilər verdiyini xəbər verir. Ordu itkilər barədə
məlumat verməyib.

Son 3 gun ərzində aparılan qızğın dğyüşlər nəticəsində 26 islamçı öldürülüb.

Suriya qüvvələri Amerika qüvvələrinin yardımı ilə Rəqqanın şimal bölgəsində yerləşən
Manbic şəhərini atəşə tutub.

Suriyanın ən böyük şəhəri Hələb uğrunda da döyüşlər davam edir. Rusiya mənbələrinin
bildirdiyinə görə, 40 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.

 
 

Вернуться назад