Главная > Cəmiyyət > Bakının polis rəisi Qiyas İbrahimdən sprey boyanı haradan aldığını soruşub

Bakının polis rəisi Qiyas İbrahimdən sprey boyanı haradan aldığını soruşub


5-06-2016, 20:10.

Baş Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov heykəl məhbusu Qiyas İbrahimdən Heydər Əliyevin heykəlinin üzərində "Qul bayramına yox” sözləri yazarkən istifadə etdiyi sprey boyanı haradan aldığını soruşub.

Bu haqda onun vəkili Nemət Kərimli özünün feysbuk səhifəsində yazıb:

"Bu gün "heykəl” və vicdan məhbusu Qiyas bəylə Kürdəxanı təcridxanasında görüşdüm. Maraqlı bir söhbət etdi.

10 mayda Bakı şəhər Baş Polis İdarəsində işgəncələr, uzun-uzadı sorğu sualdan sonra onu gecə yarısı Nərimanov rayon Polis İdarəsi Müvəqqəti Saxlama Məntəqəsinə gətirirlər. Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun ürəyi soyumur, onun ardınca Nərimanov MSM-nə gəlir. Orada yenidən sorğu-sual başlayır və ona çətin sual verir:

– Sprey boyanı sənə kim verib?

– Zənginləşmiş uran deyil ki, tapılmasın, kimsə versin.

– Hardan alıbsan, yoxlatdıracam”.

Ehtimal olunur ki, sprey boya satan dükanlara təzyiqlər başlanıla bilər.

Qeyd edək ki, Qiyas İbrahim, ona verilən işgəncələr haqqında tükürpədən izahat verib:

"…Məni yenidən döyməyə başladılar. Ağrılar dözülməz idi. Bir müddət döyəndən sonra məni qarşıdakı otağa sürüdülər. Həmin otaqda Bayramı gördüm. Onu da döyürdülər. Qışqırıb Bayramı çağırmaq istəyəndə ağzımı tutub başımı burdular, qarnımdan zərbə vurdular. Sancıdan səsim batdı. Həmin an Bayramı otaqdan çıxardılar. Məni yenidən döyməyə başladılar və tələb etdilər ki, heykəldən üzr istəyim, gül qoyum, AZTV gəlib çəksin. Mən imtina etdim. Onlar tələb etdilər ki, o zaman narkotik ittihamını etiraf etməliyəm. Mən imtina etdikdə məni yenidən döyməyə başladılar. Şalvarımı çıxardılar və dubinka ilə yaxınlaşaraq əxlaqsız hərəkət edəcəklərini bildidrilər. Mən məcbur olub saxta narkotik ittihamını qəbul etdim.

Sonra bildirdilər ki, evimizə də gedib narkotik tapacaqlar, mənə deyəcəklər mən də deyim ki, hə filan yerə qoymuşam. Mən bildirdim ki, heç yerə narkotik qoymamışam axı. İstehsa ilə biri dedi ki, sən qoymamısan, biz qoyarıq, sonrada taparıq. Yoxsa sənin ananı, atanı da tutub soxarıq içəri. Mənim yeriməyə də halım yox idi…”

Bastainfo.com


Вернуться назад