Главная > Siyasət > Lalə Şövkət bəyanat verdi-"Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk"

Lalə Şövkət bəyanat verdi-"Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk"


2-06-2016, 22:48.

 
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bəyanat verib.

Bəyanatda deyilir:

"Almaniya Bundestaqın qondarma "erməni soyqırımını” tanınması haqqında 2 iyun 2016-cı il tarixli qətnaməsi bizi məyus etdi. Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk.

Təəssüf edirik ki, Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya,erməni təbliğatına uyaraq,tarixə və faktlara əsaslanmayan siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edib.Regionda olan indiki həssas geosiyasi dövrdə alman hakimiyyəti bu məsələyə ehtiyatla və məsuliyyətlə yanaşmalı idi.Bu səhv addım həm Türkiyə,həm Azərbaycan cəmiyyətlərinin Almaniyaya olan münasibətlərinə arzuolunmaz xələl gətirə biləcəyi bizdə narahatlıq doğurur. 

Ümid edirik ki, bu yanlış addım Türkiyə-Almaniya müttəfiqlik münasibətlərini bərpa olunmaz vəziyyətə salmayacaq .

Bakı şəhəri, 2 iyun 2016-cı il"
 
Uluyol.info


Вернуться назад