Главная > Ölkə > 10 min türk Bundestaqı mühasirəyə aldı – Almaniyada etiraz aksiyası

10 min türk Bundestaqı mühasirəyə aldı – Almaniyada etiraz aksiyası


2-06-2016, 18:30.

 

Berlindən Almaniya Bundestaqının müzakirəyə çıxardığı qondarma "erməni soyqırımı" layihəsinə qarşı etiraz aksiyası keçirilib.


Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk dərnəklərinin təşkil etdiyi yürüşə 10 min nəfər aksiya iştirakçısı qatılıb. Təşkil olunan etiraz aksiyası Bundestaqın yaxınlığında yerləşən tarixi Brandenburq qapıları öündə baş tutub.

Etiraz aksiyasında almanca "Türkiyə alman siyasətçilərinin "günah keçisi" deyil", "Nifrət və intiqamın yerinə sülh", "Parlamentlər məhkəmə, siyasətçilər hakim deyil" şüarları səslənib. 

Almaniyada yaşayan Azərbaycan, Fələstin, Misir, Suriya cəmiyyətləri də aksiyaya dəstək veriblər.  

TGB dərnəyi rəhbəri Bəkir Yılmaz etiraz aksiyasına müxtəlif yerlərdən, ayrı-ayrı dünyagörüşlü insanların toplaşdığını deyib. Bəkir Yılmaz bildirib ki, qondarma "soyqırımı" ilə bağlı qanun layihəsi türklərin alman cəmiyyətinə duyduğu etimadı zədələyəcək.



Вернуться назад