Главная > Ölkə > "OğuzTV" Güney Azərbaycanla bağlı yeni verlişə başladı

"OğuzTV" Güney Azərbaycanla bağlı yeni verlişə başladı


2-06-2016, 21:16.

Yeni televiziya yayıma başlayır

Avropada yaşayan əsasən Güney Azərbaycandan olan milli fəalların əməyi nəticəsində yanvarın 15-dən etibarən yeni televiziya – "Oğuz TV” fəaliyyətə başlayıb. Bu günə qədər fasiləsiz çalışan kanalda onlarla milli davaya dəstək reportajları,ekspert rəyləri,milli birliyi yaxınlaşdıracaq verlişlər hazırlanıb. 

Uluyol.info xəbər verir ki, Azərbaycan milli fəallarının milli iradəsi və əməyi sonucunda dekabrın 31-də Oğuz media qrupunun varlığı elan olunub və Oğuz TV-Radio adı altında 15.01.2016 tarixindən İnternet üzərindən yayıma başlayıb.
 
"Oğuz” media qrupu Türk millətinin səsi olmağı məram seçərək, öz imkanları daxilində başda Azərbaycanın Güneyi olmaqla, Bütöv Azərbaycan və Türk Dünyası məsələlərini fasiləsiz olaraq davam etdirir.

"Oğuz TV" Güney Azərbaycandakı durumu əks etdirən yeni verlişə başlanılıb.Verlişin hazırlanıb ,efirə yayımlanmasında əməyi keçən soydaşlarımıza uğur arzulayır,hədəflərimizə yaxın gələcəkdə çatmağı diləyirik.

http://oguztv.com/180/180-d%C9%99r%C9%99c%C9%99-verilisi-1-ci-bolum/
 
 
Uluyol.info
 
Tural İntiqam

Вернуться назад