Главная > Region > Salyana son 20 ildə ən şiddətli yağış yağdı - FOTOLAR

Salyana son 20 ildə ən şiddətli yağış yağdı - FOTOLAR


1-06-2016, 20:30.
Salyana son 20 ildə ən şiddətli yağış yağdı - FOTOLARBu gün saat 17 radələrində Salyan rayonuna
gözlənilmədən son 20 ildə müşahidə olunmayan şiddətli yağış yağıb. 20-25 dəqiqə çəkən
yağış o qədər güclü olub ki, Ələt-Astara yolunda avtomobillərin hərəkəti qısa müddətə
qismən dayanıb.

Leysan nəticəsində yollların kənarında inşa olunmuş su ötürücüləri dolub,
bir çox evlərin həyətlərini, küçələri və bəzi mağazaları su basıb.

Bir çox ərazilərdə elktrik təchizatında problemlər yaranıb. Ən maraqlısı isə
odur ki, leysan yağışı Salyanla qonşu olan rayonların heç birinə düşməyib.

Baş verənlər barədə virtualaz.org saytının Şirvan bürosuna məlumat verən
Salyan Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini , rayon Fövqaladə
hallar komissiyasının sədri Etibar Məmmədov bildirdi ki, hələlik şiddətli
yağışın fəsadları barədə onlarda rəsmi məlumat yoxdur.

Virtualaz.org

 







Вернуться назад